Sentyabrın 23-də Əhmədli qəsəbəsində yerləşən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən məscid yenidən istifadəyə verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri Əhmədli qəsəbəsində həmin məsciddə olublar.
Qeyd edək ki, minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var.
PhotoStock.az-ın əməkdaşının məsciddən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.Az