"Təbiət qoruyucularının çoxillik səylərinə baxmayaraq, üç ölkə - İslandiya, Yaponiya və Norveç hələ də kommersiya balina ovçuluğunu davam etdirir".
Bu barədə Oxu.Az-a açıqlamasında ekoaktivist Elissa Mey Fillips məlumat verib.
O bununla bağlı çağırış məqsədi ilə tədbirə qatıldıqlarıını bildirib.
"Biz, Böyük Britaniya, İsveçrə və Kanadadan olan ekoaktivistlər, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) toplaşmışıq ki, qərar qəbul edən şəxsləri bu köhnəlmiş və qəddar sənayeyə son qoymağa çağıraq".
O, 2024-cü ildə balina ovçuluğuna ehtiyac olmadığını vurğulayıb.
"Finlandiya hələ də dünyada böyüklüyünə görə ikinci olan fin balinalarını öldürür. Özü də onlar bunu səbəbsiz edirlər, çünki nə ətə ehtiyacları var, nə də bu ov ölkə iqtisadiyyatına töhfə verir. Norveç öz növbəsində kiçik zolaqlı balinaların vurulması kvotasını artırıb, Yaponiyada isə "Kangei Maru" adlı balina ovu gəmi-zavodu fəaliyyət göstərməkdə davam edir. Biz buraya balinalar üçün gəlmişik, çünki onlar COP29-a gələ bilmirlər. Bu qəddar təcrübəyə son qoymaq və bu möhtəşəm heyvanları gələcək nəsillər üçün qorumaq vaxtı gəlib", - deyə o əlavə edib.
"Təbiət qoruyucularının çoxillik səylərinə baxmayaraq, üç ölkə - İslandiya, Yaponiya və Norveç hələ də kommersiya balina ovçuluğunu davam etdirir".
Rufina Abdullayeva