Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunda "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, "Hicaz" MMC-nin təsisçisi Səfər Sadıqov dövlətimizin başçısına müəssisə haqqında məlumat verib.
Bildirilib ki, müəssisə üç sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.
Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.
Bununla yanaşı, iki hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin, iki hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.
Bütün istehsal zamanı müasir avadanlıqlardan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətini daim nəzarətdə saxlanılması məqsədilə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya da fəaliyyət göstərəcək.
Layihə üzrə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Prezident İlham Əliyev fabrikin təməlini qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunun Soltanlı kəndində "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.
Oxu.Az bildirir ki, bu barədə President.az xəbər verir.