Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İranın nüvə bombasından güclü silahı nədir?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, budəfəki buraxılışda nüvə silahından daha güclü olan silahlardan bəhs olunub.
Qeyd olunub ki, açıq mənbələrdə uran-plutonium əsaslı nüvə silahından daha güclü silahların mövcudluğu inkar edilmir.
Hərçənd ki, onların özlərinin də nüvə silahı sayılıb-sayılmadığı birmənalı deyil.
Bu baxımdan diqqətçəkən ilk silah hidrogen bombalarıdır. Başqa deyimlə termonüvə silahı kimi də tanınan hidrogen bombaları uran-plutonium əsaslı nüvə silahları ilə eyni dağıdıcı amillərə malik olmaqla onlardan daha böyük potensial partlayış gücünə sahibdir.
Hidrogen bombasının dağıdıcı gücü yüngül elementlərin daha ağır elementlərə nüvə sintezi reaksiyasından ayrılan enerjidən istifadə edilməsinə əsaslanır.
Standart nüvə silahından daha güclü silah kimi 1956-1961-ci illərdə keçmiş Sovetlər Birliyində hazırlanan "Çar bomba" adlandırılan "AN602" aviasiya bombası da olduqca məşhurdur.
Adıçəkilən bomba indiyədək bəşər tarixində istehsal olunan ən güclü partlayıcı qurğudur və sınaqdan keçirilən ən güclü termobarik qurğu kimi "Ginnesin rekordlar kitabı"na daxil edilib.
ABŞ Silahlı Qüvvələrinin arsenalında olan "Massive Ordnance Air Blast" (MOAB) bombası da öz növbəsində bütün bombaların "anası" adlanır. 2003-cü ildə ilk dəfə sınaqdan keçirilən bu bomba yarandığı dövrdə Amerika arsenalında ən güclü qeyri-nüvə silahı hesab olunub.
Adi nüvə silahından daha güclü silahlar sırasına həmçinin "Cobalt" bombaları da aid edilir.
Bu bombalar nisbətən zəif nüvə partlayışı ilə belə ərazinin güclü radioaktiv çirklənməsinə səbəb olan nüvə silahının nəzəri modifikasiyasıdır. "Cobalt" bombasının əsas məhvedici amili qurbanlarının xarici və daxili şüalanması və onun radiasiya xəstəliyindən sonrakı ölümüdür.
1950-ci ildə Amerikalı fizik Leo Szilard tərəfindən irəli sürülən "Cobalt" bombası ideyası bütün dünyanı dağıda bilmə potensialına görə "Qiyamət günü" maşını kimi də tarixə düşüb. Bu silahın əsas özəlliyi onun daşınmasına ehtiyac qalmamasıdır. Yəni bu bombaya sahib ölkə onu sadəcə öz ərazisində partlatmaqla bütün dünyanı məhv edə bilər. Rəsmi olaraq "Cobalt" bombası hələlik istehsal edilməmiş silah sayılır.
Ətraflı süjetdə:
"Nüvə silahı" teqi üzrə xəbərlər
- İranlı deputatdan atom bombası yaratmağa çağırış
- Ukrayna ilk dəfə NATO silahı ilə Rusiya ərazisinə hücum etdi: Bundan sonra nə olacaq?
- İqor Korotçenko Rusiyanın nüvə cavabından danışdı: "Xəbərdarlıq olmayacaq"
- Rusiyanın dərinliyinə zərbələrə icazə verilməsinə Moskvanın cavab variantı açıqlanıb
- Şimali Koreya ABŞ-də seçki günü nüvə raketini sınaqdan keçirə bilər