"Martinik Ədalət Kollektivinin (Kollectif Jistiss Matinik) prezidenti heç bir səbəb göstərilmədən həbs edilib".
Oxu.Az xəbər verir ki, bunu Martinik Ədalət Kollektivinin idarə heyətinin üzvü Arno İnqargiola Mauris Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Martinikdə siyasi məhbus var:
"Siyasi məhbuslardan danışsam, bildirmək istəyirəm ki, Martinikdə siyasi məhbus var. Bizim təşkilatın prezidenti həbs edilib. Onun həbsinə əsas verəcək heç bir səbəb yoxdur. Biz zənn edirik ki, o, məhkəmələrdə korrupsiyaya qarşı etdiyi çıxışlara görə həbs olunub. Əvvəlcə ona 1 ay yarım həbs cəzası vermişdilər, lakin sonradan 1 il yarıma artırıldı".
Aygün Mirakif