Azərbaycanın İkinci Qarabağ müharibəsində parlaq Zəfərindən sonra erməni təbliğatının yaydığı videolara baxmaq maraqlıdır. Burada "Azərbaycan xalqı alverçi, ermənilər isə mübariz xalqdır. Deməli, azərbaycanlılar bizi heç vaxt məğlub edə bilməzlər" tezisinin müxtəlif şəkillərdə təqdim olunduğunu görmək olar.
Ümumiyyətlə, erməni milliyyətçiləri qonşu xalqlara yuxarıdan aşağı baxmağı xoşlayırlar. Hələ XX əsrin əvvəllərində erməni terrorunun xaç atalarından biri sayılan Şahan Natali yazırdı: "Həm xaricdə, həm də daxildə erməni siyasi həyatının təməlini bütün əlverişli faktları öz adına, əlverişsiz olanları isə türklərin adına yazmaq təşkil edib. Türk səfehdir, erməni isə ağıllı; türk cahildir, erməni isə savadlı; türk kasıbdır, erməni isə varlı..."
Nə edək, gəlin bu məsələni biz də dərindən araşdıraq. Ticarət və kənd təsərrüfatı heç vaxt utancverici və ya qınanacaq bir məşğuliyyət olmayıb. Tam əksinə, onlar dinc və nəcib əmək növləri sayılır. Amma eyni şeyi qızıl və brilyant qaçaqmalçılığı və ya cinayətkar etnik qrupların təşkil olunması kimi əməllər haqda demək olmaz.
Bu barədə isə xeyli danışmaq olar. Məsələn, Ermənistanda milli qəhrəman kimi rəğbət görən və Vermaxtın erməni legionunun komandiri olmuş general Dro öz kanalları ilə nasistlərin Niderland yəhudilərindən qəsb etdiyi qızıl və brilyantlarının satışı ilə məşğul idi.
Yaxud erməni mətbuatının iddiasına görə bir vaxtlar Ermənistan Respublikası iqtisadiyyatının aparıcı qüvvəsinə çevriləcəyi proqnozlaşdırılan zərgərlik sənayesi əksər hallarda almazları insafla işləmək əvəzinə Afrika qitəsindəki münaqişə zonalarından bazara çıxarılan daşların "yuyulması" ilə məşğul idi.
Yaxud da qızıl və brilyantların beynəlxalq qaçaqmalçılığı ilə bağlı əhvalatlarda adları keçən çox sayda şəxsin soyadının "yan" ilə bitdiyini yada salaq. Hətta Fransa və İtaliyanın birgə istehsalı olan "Maymaq" kinokomediyasında belə qaçaqmalçılar dəstəsinə Lui de Fünesin mükəmməl canlandırdığı "müsyö Saroyan" adlı şəxs başçılıq edir. Filmdə qiymətli metalların gizli şəkildə daşınması üçün çox hiyləgər bir üsuldan istifadə olunduğu göstərilir - kənardan adi "Cadillac"a oxşayan maşının bamperi qızıldan tökülür, Beyrutda oğurlanmış qiymətli daşlar onun akkumulyatorunda gizlədilir, nəhəng bir brilyant isə sükanın siqnal düyməsinə bərkidilir.
Saroyanın səsi: "Bu mükəmməl plan isə, cənablar, kimin ağlına gəlib? Mənim - Sa-ro-yan-ın. Heç kimin ruhu inciməz".
Ancaq Azərbaycanda və bütün dünyada erməniləri "qaçaqmalçı xalq" adlandırmaq heç kimin ağlına da gəlməz...
Yaxud 1977-ci il avqustun 5-də SSRİ tarixində bənzəri görünməmiş ən böyük bank qarətini xatırlayaq. Həmin gün Kalaçyan qardaşları Ermənistan SSR dövlət bankının İrəvan filialından o dövr üçün astronomik hesab olunan məbləğdə pul oğurlamışdılar - təxminən bir milyon yarım sovet rublu.
Daha bir misal. 2013-cü ildə ABŞ-də erməni etnik qruplaşmanın rəhbəri, "qanuni oğru", "Pzo" ləqəbli Armen Kazaryana hökm çıxarılır. Məlum olur ki, Kazaryan və onun əlaltılarının təşkil etdiyi nəhəng bir virtual klinikalar şəbəkəsi vasitəsilə ABŞ-nin "Medicare" sığorta sistemindən on milyonlarla dollar mənimsənilirmiş. Amerikalı prokurorlar onda erməni mafiyasının italyan mafiyasını üstələdiyindən danışırdılar.
Prit Bharara, Nyu-Yorkun cənub dairəsinin prokuroru: "Bu erməni-amerikan qruplaşması ənənəvi italyan mafiyasını geridə qoyub!"
Bu hadisədən iki il əvvəl, 2011-ci ildə Kaliforniya hakimiyyəti "Erməni Gücü" adlı etnik mütəşəkkil cinayətkar qrupu darmadağın etdikləri barədə məlumat yaydı. Qrup üzvləri qətl, adam oğurluğu, quldurluq, qəsb və narkotik alveri kimi müxtəlif cinayətlərə görə məsuliyyət daşıyırlar. Ancaq biz bundan ötrü erməniləri cinayətkar etnos adlandırmırıq.
Yeri gəlmişkən, erməni cəmiyyətində siyasi terror ənənələrinin ta XIX əsrə gedib çıxdığını qeyd etməmək mümkün deyil. Çox adam erməni terrorçularının 1977-ci ildə Moskvada ictimai yerlərdə silsilə terror aktları törətdiyini bilmir. İlk bomba Rusiya paytaxtında metronun "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasındakı ərazidə vaqonda partlamışdı.
1999-cu ildə Nairi Unanyanın başçılıq etdiyi beş terrorçudan ibarət dəstə Ermənistan parlamentinin iclas zalına soxularaq rəyasət heyəti üzvlərini yaxın məsafədən güllələmişdi. Ölənlər arasında ölkənin baş naziri və parlamentin spikeri də var idi. Hökumətin qanunverici orqanına belə həyasızca basqın dünyanın heç bir ölkəsində görünməmişdi.
2016-cı ildə "Sasna Tsrer" qruplaşmasının yaraqlıları İrəvanda polis idarəsinə basqın etmişdi. Hökumət qüvvələrinin onlarla qarşıdurması təxminən iki həftə sürmüşdü. Belə bir şey qlobal miqyasda görünməmiş hadisə idi.
Heç bir lüğətdə və ya sənədlər toplusunda "Azərbaycan terrorizmi" ifadəsinə rast gələ bilməzsiniz. Lakin "erməni terrorizmi" ifadəsi bu sahə ilə məşğul olan bütün mütəxəssislərə tanışdır. Amma yenə də biz erməniləri terrorçu millət kimi qələmə vermirik. Odur ki, erməni millətçiləri xalqlarımızı müqayisə etmək üçün "alverçi" və "döyüşçü" bənzətmələrindən istifadə edərkən bunun şişirdilmiş etnik özünəqiymət, milli özünü bəyənmə, yoxsa kiçik paxıllıq hissindən irəli gəldiyi barədə düşünməyə dəyər.
Erməni diasporundan Ermənistana külli miqdarda sərmayə axacağını gözləyənlərin gözləri yolda qaldı. Ərazisinin 20 faizi işğal altında olan və bir milyon qaçqınla humanitar fəlakət şəraitində yaşayan Azərbaycan isə bu zaman güclü, uğurlu və dayanıqlı iqtisadiyyat qurdu. Amma bəzi erməni ekspertlər bu reallıqları özünəməxsus şəkildə şərh edərək azərbaycanlıları "alverçi" xalq adlandırırdılar. Əlbəttə, axı alçaldıcı ləqəb və bənzətmələr uydurmaq real hərbi, siyasi və diplomatik vəziyyəti təhlil etməkdən qat-qat asandır! Əks halda bəlkə də bir çox qurbanların qarşısını almaq olardı.
Mətbuatda Azərbaycan hərbi büdcəsinin Ermənistanın bütün dövlət büdcəsini üstələməsi ilə bağlı ilk xəbərlər çıxanda İrəvan yenə də bu məlumatı gözardı etdi: "nə olsun, onsuz da generallar büdcəni yenə öz bağ evlərinə xərcləyəcəklər də" dedilər... Azərbaycan paradlarda yeni silahlarını nümayiş etdirəndə Ermənistanın nikbinliyi yerə-göyə sığmırdı: "Döyüşən silah deyil, insanlardır. Ermənilər döyüşçüdürlər. Bizim Böyük Tiqranımız var idi. Bu azərbaycanlılar bazarda göyərti satmaqdan başqa bir şey bilmirlər".
Ermənilər üçün ilk həyəcan siqnalı 2016-cı ilin aprelində çalındı. Budur, Azərbaycan ordusu Lələtəpə yüksəkliyi uğrunda Ermənistan ordusunu darmadağın edir. Ancaq bu da erməniləri ayıltmır. 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatı nəticəsində döyüşlər Tovuz ərazisində baş verir. Erməni təcavüzünün yeni təzahürü Azərbaycan ictimaiyyətində fırtına qoparır - hərbi yaşda olan gənclər küçələrə axışıb "əlimizə silah alıb Vətənimizin müdafiəsinə qalxmağa hazırıq, yetər ki, əmr edin!" - qışqıraraq hərbi komissarlıqlar qarşısında növbəyə dururlar. Ancaq Ermənistanda yenə də heç bir nəticə çıxarmadılar və düşünmədilər ki, görəsən, niyə Azərbaycan gəncləri cəbhəyə göndərilmək tələbi ilə küçələrə çıxdığı halda onların erməni yaşıdları Ermənistandan qaçırlar.
Sentyabrın 27-nə keçən gecə Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində artıq əsl müharibə başlandı. Bütün savaş dövrü ərzində Azərbaycanda bir dənə də olsun fərarilik faktı qeydə alınmadığı halda, erməni kütləvi informasiya vasitələrinin məlumatına görə Ermənistanda bu rəqəm 10 minə çatırdı. Savaş meydanından qaçanlar öz evlərini və "xaçkar"larını (xaç daşlarını) müdafiə edib xalqın mübariz ruhunu nümayiş etdirmək istəmədilər.
Bu rəqəmləri qəbul etmək ağır da olsa, bəlkə Ermənistanı özünə gətirər, beynəlxalq ictimaiyyətin isə diqqətini cəlb edər: 0 azərbaycanlı fərariyə qarşı 10 min erməni fərari. Lakin erməni politoloqlardan fərqli olaraq, biz erməni xalqının qorxaq və fərari olduğunu demirik. Biz nə üçün ölməli olduğunu başa düşmədən ruh yüksəkliyi nümayiş etdirməyin çox çətin olduğunu anlayırıq. Vətən uğrunda yox, kiminsə siyasi avantüraları və tarixi fırıldaqları uğrunda mübarizə aparmaq, həqiqətən, çətin məsələdir.
Azərbaycanın İkinci Qarabağ müharibəsində parlaq Zəfərindən sonra erməni təbliğatının yaydığı videolara baxmaq maraqlıdır. Burada "Azərbaycan xalqı alverçi, ermənilər isə mübariz xalqdır. Deməli, azərbaycanlılar bizi heç vaxt məğlub edə bilməzlər" tezisinin müxtəlif şəkillərdə təqdim olunduğunu görmək olar.