Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin və Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu Moskvada görüşüblər.
Bu barədə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Smolenskaya meydançasındakı görüş Azərbaycan-Rusiya dialoqu üçün xarakterik olan dostluq və konstruktiv atmosferdə keçib.
"Söhbət zamanı 22 fevral 2022-ci il tarixli Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub", - deyə nazirlikdən bildirilib.
Mənbə: TASS