Mərkəzi Seçki Komissiyası seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.
Oxu.Az xəbər verir ki, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkinin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
Qeyd edək ki, bu gün MSK sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkiyə yekun vurub.