2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərov rayonun Qədirli-Cilovdarlı və Xatınlı kəndlərində seçicilərlə görüşlər keçirib.
Oxu.Az xəbər verir ki, YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçdiyini və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını qeyd edib. O, yeni dövrün reallıqlarına uyğun hədəflərin uğurla reallaşdırıldığını diqqətə çatdırıb.
Deputatlığa namizəd Nizami Səfərov ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edildiyini, tarixi Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu deyib, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işlərindən danışıb. O vurğulayıb ki, YAP-ın namizədlərini dəstəkləmək uğurlu inkişafı, parlaq gələcəyi seçməkdir: "Amalımız hər zaman yüksək rifah, güclü dövlətdir".
Deputatlığa namizəd Xatınlı kənd sakinləri - Vətən Müharibəsi Qəhrəmanı Yaşar Əhmədov və Vətən müharibəsi qazisi Hüseyn Mustafayevin ailələrini ziyarət edib.