"Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması 9 noyabr 2020-ci il tarixli razılaşmalar çərçivəsində mümkündür".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk brifinqdə çıxışı zamanı deyib.
"Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Ermənistan, Azərbaycan və Rusiya - red.) liderlərinin əldə etdiyi və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya həmişə bu prosesə qoşulmağa və kömək etməyə hazırdır", - deyə o bildirib.