"Biz Azərbaycan Prezidenti İlham Əliyevi Pakistanın dostu olaraq görürük".
Bunu "Report"un Pakistana ezam olunmuş əməkdaşına açıqlamasında Ortaq Gələcəyə sahib bir Toplum üçün Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm deyib.
"Pakistan Baş naziri Şahbaz Şərif İlham Əliyevi Prezident yox, qardaş olaraq çağırdı. Bu qardaşlıq nəticəsində dünən çoxlu sənədlər imzalandı və imzalanmış sənədlərin mübadiləsi həyata keçirildi. Mən hesab edirəm ki, ölkələrimiz arasında dostluğun yeni dalğası başlayıb", - o qeyd edib.
Noyabrda Bakıda keçiriləcək COP29-dan da söz açan ekspert söyləyib ki, bu konfransın Bakıda keçirilməsi həm də Pakistan üçün mühüm hadisədir:
"Çünki Pakistan iqlim dəyişikliyinin fəsadları ilə çox üzləşir. Bu iqlim dəyişikliyi problemləri səbəbilə hesab edirik ki, COP29 Pakistana yeni baxış gətirmək üçün aparıcı rol oynaya bilər".