"Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif COP29-da iştirak etmək üçün Azərbaycana gələcək".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Pakistan beynəlxalq təşkilatlar kontekstində güclü əməkdaşlıq imkanlarına malikdir:
"Bu baxımdan, Pakistan-Azərbaycan dostluğu mühüm əhəmiyyət daşıyır".
Prezident İlham Əliyevin Pakistana son səfərindən danışan səfir bildirib ki, Azərbaycan və Pakistan arasında mühüm sahələrdə əlaqələrin daha da genişlənməsi üçün səylərini davam etdirəcəklər:
"Pakistan hər zaman Azərbaycanın yanındadır. Bunun ən böyük nümunəsi isə Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olmağımızdır".
Mərahim Nəsib