Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Oxu.Az bildirir ki, bu barədə President.az xəbər verir.
Fərmanla saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə olunub.
Həmçinin, Prezident digər fərmanla "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"ini təsdiq edib.
Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər iki sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərmək tapşırılıb.