Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin bu dəfəki sayında təhsil diplomatiyasından bəhs olunub.
Qeyd olunub ki, təhsil beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, qarşılıqlı anlaşmanı artırmaq və mədəni mübadiləni təşviq etmək üçün güclü vasitədir. Təhsil yolu ilə müxtəlif xalqlarla əlaqələr qurmaq, bununla da qlobal diplomatik mənzərəni dəyişmək mümkündür. Diplomatiyanın bu forması xarici siyasətdə məqsədlərə nail olmaq üçün təhsil proqramlarından strateji istifadəni nəzərdə tutur.
Vurğulanıb ki, ADA Universiteti, Fransız-Azərbaycan Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Universiteti kimi əsas ali təhsil ocaqları geniş beynəlxalq tərəfdaşlıq əlaqələri qurublar. Bu əlaqələr azərbaycanlı tələbələrə və akademiklərə mübadilə proqramlarında, birgə tədqiqat layihələrində iştirak etməyə, dünyanın tanınmış institutlarının diplomunu əldə etməyə və bununla da ikili diplomlara sahib olmağa imkan verir.
Əlavə edilib ki, Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsindən sonra Xankəndidə Qarabağ Universitetinin yaradılması, rəsmi Bakının təhsildən sülh və inkişaf vasitəsi kimi istifadə etmək planlarından xəbər verir.
Bu yeni universitet pedaqoji, incəsənət, humanitar və sosial elmlər, iqtisadiyyat, mühəndislik və turizm fakültələrinə malik olmaqla regional ali təhsil mərkəzinə çevrilməyi hədəfləyir. Onun, regionun digər ölkələrindən tələbələri cəlb etmək üçün beynəlxalq tərəfdaşlıqları gücləndirməsi və təqaüdlər təklif etməsi gözlənilir.
Daha ətraflı videoda:
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.