Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barrotun ölkəmiz əleyhinə yalanlarına cavab verib.
Oxu.Az xəbər verir ki, A. Hacızadə bununla bağlı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Cənab nazir, biz beynəlxalq hüquqa və ədalətə hörmət etməliyik. Beynəlxalq hüquq və ədalətə sadiq olduğumuzu bəyan etmək üçün sözlərimizə uyğun hərəkət etməliyik", - A. Hacızadə vurğulayıb.
Qeyd edək ki, Fransanın XİN başçısı guya ölkəsinin beynəlxalq hüquq və ədalətin tərəfində olduğunu və həmişə də olacağını deyib.
Monsieur le Ministre, il faut respecter et agir conformément au droit international et à la justice pour affirmer se ranger du côté du droit international et de la justice!@francediplo @francediplo_EN https://t.co/GgQNbsTG96
— Aykhan Hajizada (@Aykhanh) October 22, 2024