Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyalı politoloq: "Həm Bakı, həm də Türkiyə öz gələcəyi, xalqı üçün çox böyük bir addım atdı"
"Azərbaycan və Türkiyənin BRIСS-ə üzv olmaq üçün verdikləri ərizə Qlobal Cənubun birləşməsi istiqamətində böyük addımdır. Azərbaycan Cənubi Qafqazın əsas təhlükəsizlik aktoru, Rusiyanın regionda strateji tərəfdaşı olan ölkədir. Bakının BRICS-ə qoşulmasında heç bir problem görmürəm".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
"Hər kəs yaxşı bilir ki, BRICS Qərb ehkamında olduğu kimi, metropoliya, koloniya və ya ölkələr arasında kommunikasiya kimi bir anlayışın olmadığı bir təşkilatdır. Burada hamı bərabərdir, hamı ortaq hərəkat, strategiya hazırlayır, buna görə də, BRİCS bir çox ölkələri cəlb edir.
Düşünürəm ki, Azərbaycan üçün bu təşkilata üzv olmağa razılıq verməkdə heç bir problem olmayacaq. Türkiyə də məncə BRICS-ə qəbul olunacaq, çünki uzun illər Avropa İttifaqına (Aİ) girməyə çalışıb, aldadılıb, ondan faydalanıb və alçaldıblar. İndi Türkiyənin fikri, əgər BRICS-də olarsa, dünya nizamının gələcək inkişafı üçün çox əhəmiyyətli olacaq", - o qeyd edib.
Politoloqun fikrincə, türk biznesi, eləcə də Azərbaycan biznesi üçün BRİCS ticarət və öz ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün ən əlverişli platformadır.
"Bunu demək istərdim: BRICS gələcəkdir. Qərb çürüməkdədir və başa düşməliyik ki, burada və indi yeni dünya nizamı qurulur.
Bu hadisə Kazanda baş verdi, yəni bir çox gələcək ittifaqların əsasını qoyan sammit. İndi BRICS yalnız siyasi və iqtisadi birlikdir. Düşünürəm ki, gələcəkdə BRICS ölkələrinin təhlükəsizliyi hansısa birgə sazişlərlə təmin olunacaq. Beləliklə, həm Bakı, həm də Türkiyə öz gələcəyi, xalqı üçün çox böyük bir addım atdı. Bunu edənlərin, yəni Ərdoğan və İlham Əliyevin nə dərəcədə haqlı olduğunu zaman göstərəcək", - deyə politoloq yekunlaşdırıb.