Rusiya tərəfindən atılan PUA nəticəsində Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının binalarından birinə ziyan dəyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Ali Radasının keçmiş deputatı İqor Mosiyçuk öz "Telegram" kanalında məlumat verib.
"Gecə vurulan düşmən PUA-sının dağıntıları Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binalarından birinə düşüb", - deyə o bildirib.
Mosiyçukun fikrincə, zərbənin əsas hədəfi Rusiya Federasiyasında axtarışa verilən Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı İqor Voronçenko olub.
Qeyd edək ki, oktyabrın 30-da Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətində Ukrayna mövqelərinə "FAB-500" bombalarından istifadə etməklə kütləvi zərbə endirib.
Rusiya tərəfindən atılan PUA nəticəsində Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının binalarından birinə ziyan dəyib.