Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zaxarova: "Rusiya Bakı və İrəvanı sərt ritorikadan çəkinməyə çağırır"
"Rusiya Bakı və İrəvanı tərəflər arasında gərginliyə səbəb ola biləcək qarşılıqlı sərt ritorikadan çəkinməyə çağırır".
Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Qaçqınlar və müvəqqəti köçkünlər mövzusu hər iki tərəf üçün aktualdır. Bunu nəzərə alaraq, biz Bakı və İrəvan üçün bütün humanitar məsələlər, o cümlədən mədəni, tarixi, abidələrin qorunması ilə bağlı dialoqu aktivləşdirməyi faydalı hesab edirik", - Zaxarova bildirib.
Onun sözlərinə görə, insanların belə yanaşmaya böyük tələbatı var. Əgər bu məsələlərin həlli üçün Moskvanın cəlb edilməsinə ehtiyac varsa, o zaman Rusiya tərəfi buna hazırdır.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı
- Mariya Zaxarova: "NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək"
- Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"
- Zaxarova: "Qərbin təzyiqi ilə İrəvan bütün üçtərəfli formatlarda iştirakını dayandırıb"
- Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb