Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2002-ci il təvəllüdlü Hacı Nemətov (ad və soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, 22 yaşlı oğlan həmkəndlisi olan 2009-cu il təvəllüdlü Fərəhlə (şərti) 2023-cü ildən (qızın 14 yaşı olan zaman) sevgi münasibətində olub. Onlar bir neçə dəfə həyətyanı sahədə görüşüblər. Həmçinin Hacı Nemətov Fərəhi yaşadığı evə gətirmək və yaşı tamam olduqdan sonra evlənmək qərarına gəlib. Qızın yaxınları hadisə barədə öyrəndikdən sonra polisə məlumat veriblər.
Bir neçə gün əvvəl Ağdaş Rayon Məhkəməsində cinayət işi üzrə hökm oxunub. Hökmə əsasən 22 yaşlı oğlana bir il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi vaxtında barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş gənc məhkəmə zalında həbs edilib.
Rəylər