15 yaşlı qız dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, Şəki şəhər sakini 2009-cu il təvəllüdlü Banu Rasim qızı İsayeva zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı onun yaşadığı ünvanda dəm qazından zəhərləndiyi məlum olub.
Faktla baglı araşdırma aparılır.