Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalan igidlərdən biri də İlkin Saməddin oğlu Ağaquliyevdir.
İlkin Ağaquliyev 44 günlük müharibə zamanı Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
O, ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda", "İgidliyə" görə medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Şəhidin anası Safura Ağaquliyeva 18 ildən sonra dünyaya gələn və ailənin yeganə övladı olan İlkinin qəhrəmanlığından danışıb. O bildirib ki, oğlu uşaq yaşlarından Vətən eşqi ilə böyüyüb:
"Deyirdi ki, səni şəhid anası edəcəyəm. Dərsdən gələndə həmişə bu mahnını oxuyurdu: "Ya Qarabağ, ya ölüm". Deyirdim ki, sən hələ uşaqsan, Qarabağın nə olduğunu haradan bilirsən?! Deyirdi, siz bilmirsiniz ki, Qarabağ nədir?"
S.Ağaquliyevanın sözlərinə görə, İlkin müharibənin başlayacağını öncədən bilirdi:
"Döyüşlərə gedəcəyini, erməniləri məhv edəcəyini və şəhid olacağını söyləyirdi. Həmişə deyirdi ki, iki qaşımın ortasından vurulacağam. Elə də oldu. İndi təsəllimi ancaq oğlumun məzarından alıram".
Daha ətraflı Baku TV-nin süjetində:
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalan igidlərdən biri də İlkin Saməddin oğlu Ağaquliyevdir.
Rəylər