Sabirabadda 18 yaşlı qız su arxına düşərək boğulub.
"Report"un məlumatına görə, hadisə rayonun Balakən kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini 2006-cı il təvəllüdlü Mədinə Niyaməddin qızı Hüseynova evlərinin yaxınlığından keçən su arxına düşərək boğulub.
Meyit su arxından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd olunub ki, M.Hüseynova epilepsiyadan əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
Rəylər