Abşeronda kişi kimyəvi məhluldan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
47 yaşlı Xəzər Ələsgər oğlu Nəsibov yaşadığı evdə zəhərlənərək xəstəxanaya aparılıb.
Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, X.Nəsibovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Rəylər