Aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında aktyor Əlvan Fərmanoğlunun səhhətində problem yaranması ilə bağlı paylaşım edib.
O, bildirib ki, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:
"Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. "Məlhəm" klinikasının bəzi "həkim"lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək".
Məsələ ilə bağlı "Məlhəm" klinikasından Bakupost.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Aktyor Əlvan Fərmanoğlu bizim klinikada pasiyent olub. Dəfələrlə müayinə olunub, müalicəsi həyata keçirilib. Onun keçirdiyi əməliyyat "Məlhəm" klinikasında olunmayıb".
Aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında aktyor Əlvan Fərmanoğlunun səhhətində problem yaranması ilə bağlı paylaşım edib.
Rəylər