Müasir dövrdə arıqlamaq üçün müxtəlif üsullardan istifadə edilir. Kimisi yalnız ac qalır, kimisi idmanla məşğul olur, ya müxtəlif dietik çaylardan istifadə edir, kimisi də sadəcə əməliyyatlarla problemin öhdəsindən gələcəyini düşünür.
Bədənşəkilləndirmə və arıqlamaq üçün mədəkiçiltmə, liposaksiya, mədəyə balon yerləşdirmə kimi üsullara üz tutanlar da var. Bu yollarla arıqlamağa münasibət isə birmənalı deyil.
Laparoskopik-bariatrik-metabolik cərrah Taryel Ömərov bildirir ki, liposaksiya estetik əməliyyat hesab olunduğu üçün arıqlatmır.
Həkimin sözlərinə görə, mədəkiçiltmə nə qədər effektiv hesab edilsə də, mədə balonu bir o qədər nəticəsi olmayan əməliyyatdır.
Mütəxəssisin sözlərinə görə, hər bir əməliyyatın özünə xas fəsadları var.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Arıqlamaq üçün hansı əməliyyatlar uğurlu hesab olunur?