"Abşeron rayonu Məmmədli kəndində qazın verilişi bərpa olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən (İB) bildirilib.
"Qeyd olunan ərazidə xətdə baş verən qəza aradan qaldırıldıqdan sonra dünən günün ikinci yarısında, axşam saatlarından etibarən qazın verilişi bərpa olunub", - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 21-də Məmmədli kəndinin sakinləri üç gün ərzində qazın verilməməsindən şikayət etmişdilər.
Aygün Mirakif
Rəylər