Abşeron rayonun Məmmədli kənd ərazisinin sakinləri üç gündür qazın verilişinin dayandırılmasından şikayətçidirlər.
Oxu.Az xəbər verir ki, sakinlər bununla bağlı heç bir tədbir görülmədiyini deyiblər:
"Məmmədli kəndi ərazisində 3 gündür qaz yoxdur. "Azəriqaz"ın qaynar xətti ilə əlaqə saxlayırıq, heç bir məlumat verilmir. Operator məlumatının olmadığını deyir. Nömrə alırlar, lakin sonra geridönüş etmirlər. Bu barədə nə etmək lazımdır bilmirik".
Mövzu ilə bağlı Azəriqaz İstehsalat Birliyinə (İB) sorğu ünvanlanıb.
Aygün Mirakif
Rəylər