Bakıda marşrut xətlərindən birinin trayektoriyası uzadılıb, digərinə isə əlavə avtobuslar verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat ayıb.
Bildirilib ki, Mərdəkan qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna qədər fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhiş bağlarına qədər uzadılıb.
Yeni Ramana yaşayış sahəsini metronun "Koroğlu" stansiyası və "8-ci km bazarı" ilə əlaqələndirən 214 nömrəli marşrut üzrə sərnişin tələbatı nəzərə alınaraq avtobus sayı 24-ə çatdırılıb. Nəticədə avtobusların hərəkət intervalı azalıb.
Rəylər