Beynəlxalq maliyyə bazarlarında "Bitcoin"in yüksəlişi davam edir.
Oxu.Az bu barədə "Binance" birjasına istinadən xəbər verir.
Kriptovalyutanın qiyməti tarixinin ən yüksək həddinə qalxaraq 88 min ABŞ dollarını ötüb.
Qeyd edək ki, ABŞ-də prezident seçkisinin nəticələri məlum olduqdan sonra "Bitcoin" artıq 20 min ABŞ dolları bahalaşıb.
"Bitcoin"in məzənnəsi öz rekordunu yeniləyib.
Oxu.Az "Binance" birjasına istinadən xəbər verir ki, kriptovalyutanın dəyəri 85 min dolları ötüb.
Qeyd edək ki, "Bitkoin" son günlərdə artıq bir neçə dəfə tarixi maksimumunu təzələyib.
"Bitcoin"in qiyməti yeni rekord müəyyənləşdirib.
Oxu.Az "Binance" birjasına istinadən xəbər verir ki, kriptovalyutanın dəyəri 83 min dolları keçib.
Qeyd edək ki, "Bitcoin" ABŞ-də prezident seçkisində Donald Trampın qələbəsindən sonra yüksələn xətt üzrə gedir.
"Bitcoin"in qiyməti 3.49% artaraq 82 min 56 dollara yüksəlib və bununla da tarixi maksimumunu yeniləyib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu Bakı vaxtı ilə saat 14:08-də "Binance" platformasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 14:15-də isə "Bitcoin" öz artımını sürətləndirib və 82 081 dollar (+3.5%) səviyyəsində olub.
Rəylər