Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində 10-OJ-041 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilin sürücüsünün təhlükəli manevrlər etməsi ilə bağlı rəsmi açıqlama verilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxs hazırda ölkə hüdudlarından kənardadır.
Qeyd edək ki, sürücünün yol hərəkəti qaydalarını pozduğuna dair görüntüləri sosial şəbəkədə yayımlanıb.
Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində avtoxuliqanlıq qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Belə ki, 10-OJ-041 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolda təhlükəli manevr edərək qoşa xəttin tələbini pozaraq drift edib və qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb.
Videonu təqdim edirik:
Əzizə İsmayılova
Rəylər