Çində yeni "Avatr 012" elektrik avtomobili təqdim olunub. "Huawei" korporasiyasının idman modeli 700 avtomobildən ibarət məhdud seriyada buraxılacaq. O 700 min yuana (98 min 100 dollar) başa gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə "CarNewsChina" saytı məlumat yayıb.
Məlumata görə, "Huawei Avatr 012" elektrokarı "Dior"dan dəbdəbəli interyerə malik dördyerlik sedandır. Avtomobil 570 at qüvvəli qurğu ilə təchiz edilib və onun güc ehtiyatı 650 km-ə çatır.
Elektrik avtomobili "Avatr 12" sedanı əsasında hazırlanıb. Onun hazırlanmasında hazırda "Dior"un yaradıcı direktoru olan Kim Cons iştirak edib.
Yeni "Avatr 012" maili damı, geri çəkilə bilən qapı tutacaqları və nazik LED optikası ilə zərif dizayna malikdir.
Bundan əlavə, avtomobil kuzov dəsti və 21 düymlük döymə təkərlərlə təchiz edilib və onun kuzovu xüsusi "maye gümüş" rənginə boyanıb.