Sosial şəbəkələrdə çoxmərtəbəli binanın eyvanından avtomobil yoluna və piyada səkisinə əşyaların atılmasını əks etdirən görüntülər paylaşılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və həmin əşyaları avtomobil yoluna atan şəxsin autizmdən əziyyət çəkən 8 yaşlı uşaq olması müəyyən edilib.
Azyaşlının valideynləri ilə söhbət aparılmaqla övladlarını nəzarətsiz buraxmamaları onların diqqətinə çatdırılıb.
Könül Cəfərli
Bakıda binanın yuxarı mərtəbələrindən küçəyə qab-qacaq atılıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, pəncərədən atılan qab-qacaq piyadalar və sürücülər üçün təhlükə yaradıb.
Məlumata görə, hadisə ailə münaqişəsi səbəbindən baş verib.