Bakıda metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksində liftin qırılması nəticəsində xəsarət alanlardan yeddi nəfəri Sabunçu Tibb Mərkəzinə, bir nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd edilib ki, 13.06.2024-cü il tarixində saat 22:00-da Xətai rayonunda yaşayış binasında lift qırılması səbəbilə xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. "Sabunçu Tibb Mərkəzinə yerləşdirilən, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin edilən 7 nəfərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər öz istəkləri ilə ambulator müalicə üçün evə buraxılıblar. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxsə isə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Vətəndaş əlavə müayinələr üçün digər tibb müəssisəsinə hospitalizasiya olunub.
Əzizə İsmayılova
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilən yeddi nəfərdən altısı ilkin tibbi yardımdan sonra evə buraxılıb.
APA xəbər verir ki, hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib.
Liftin qırılması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan ikisi uşaqdır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunublar:
"Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib".
Qeyd edək ki, hadisə metronun "Həsi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksində baş verib.
Bakıda yaşayış binasında baş verən bədbəxt hadisə nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Publika.az xəbər verir ki, metronun "Həsi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksindəki liftin trosu qırılıb.
Nəticədə içində səkkiz nəfər olan lift kabinəsi yerə çırpılıb. Kabinədə olan şəxslər ağır xəsarət alıblar.
Əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.
Bakıda yaşayış binasında lift qırılıb.
Bu barədə "Qafqazinfo"ya sakinlər məlumat veriblər.
Bildirilib ki, metronun "Həsi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksində liftdə qəza baş verib.
Məlumata görə, hadisə zamanı xəsarət alanlar olub.
Qeyd edək ki, əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.
Həmin görüntüləri təqdim edirik: