"Bakının mərkəzində, Nəsimi rayonu, 28 May küçəsində güclü külək nəticəsində qırılaraq səkiyə düşən ağac budaqları ərazidən yığışdırılıb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib.
"Qırılan budaq doğranıb və əməkdaşlarımız tərəfindən ərazidən götürülüb"-, deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakının mərkəzində ağacın budağı qırılaraq yol kənarına düşüb.
Baku.ws-in məlumatına görə, hadisə Nəsimi rayonu, 28 May küçəsində qeydə alınıb.
Əsən külək nəticəsində qırılaraq səkiyə düşən iri budaq hələ də ərazidə qalmaqda davam edir.
Hadisə yerindən görüntüləri təqdim edirik:
"Bakının mərkəzində, Nəsimi rayonu, 28 May küçəsində güclü külək nəticəsində qırılaraq səkiyə düşən ağac budaqları ərazidən yığışdırılıb".
Rəylər