Bakıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Zəka Xudakərim oğlu Əliyev yaşadığı evdə sirkə turşusu içib.
Təcili xəstəxanaya yerləşdirilən Z.Əliyev orada ölüb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Z.Əliyev I Qarabağ müharibəsi veteranıdır.
Rəylər