13 yaşlı Sabir Mustafayevin sizin yardımınıza ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Mustafayeva məlumat verib.
O bildirib ki, oğlu Sabir 2022-ci ilin dekabr ayında sobanı yandırmaq istəyərkən yanıb.
"Sabirin artıq 13 yaşı var. Evdə sobaya neft töküb yandırmaq istəyərkən özü yanıb. Bədənində üzü və bir qolu çıxmaqla, demək olar ki, hər yeri yanıb. Hadisə baş verən gün Lənkəranda xəstəxanaların birinə yerləşdirsək də, vəziyyəti ağırlaşdığı üçün onu Bakıya aparmağa məcbur olduq. Sabir bir neçə dəfə fərqli nahiyələrindən dəriköçürmə əməliyyatı keçirib. Daha sonra evimizə, Lənkərana qayıtdıq".
Leyla Mustafayeva qeyd edib ki, üç övladına özü tək baxır.
"Yoldaşım iki əvvəl həbs edilmişdi. Həbs edilməzdən əvvəl evdə olan bütün əşyaları satmışdı. Bir il öncə də həbsdə vəfat etdi. Övladımı müalicə etdirə bilmək üçün satmağa da heç nəyim qalmayıb. Mən özüm təndirdə işləyirəm, arada evlərə təmizliyə də gedirəm. Son günlər iş olmadığı üçün işləyə də bilmirəm, inanın, üç balam günlərlə ac qalır. Sabirin yaralarına çəkməyə maz, dərman ala bilmirəm. Hazırda onun müalicəsi üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 316-71-93.
Yardım üçün kart hesabı: 4244 4848 4726 0308.