Səkkiz yaşlı Müjgan ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Aidə Nəcəfzadə məlumat verib.
O bildirilib ki, övladı dörd ildir qaraciyər sirrozundan əziyyət çəkir.
"Müjganın səkkiz yaşı var, onun dörd yaşı olanda qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də elə müalicələrə, dərmanlara başlamışıq. Bu xəstəliyin müalicəsi o qədər bahadır ki, demək olar əlimizdə olan hər şeyi satmışıq. Müjganın vəziyyəti bir az da pisləşsə, onun qaraciyər nəqlinə ehtiyacı olacaq".
Aidə Nəcəfzadə övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib.
"Müjgan mənim tək övladımdır, onun müalicəsi üçün əlimdə olan hər şeyi satmışam. Qızıllarıma, dəyərli ev əşyalarıma qədər. Övladımın sonuncu müalicəsini sizin saytın izləyicilərinin dəstəyi ilə etmişik. Həkimlər onun müalicəsini davam etdirsək vəziyyətinin daha da yaxşıya doğru gedəcəyini bildiriblər. Bu, bizim üçün böyük ümid işığıdır. Sizin oxuculardan bizə yenidən dəstək olmaqlarını xahiş edirəm. Hazırda müalicə üçün 540 manata ehtiyacımız var".
Ailə ilə əlaqə: (051) 676-13-87.
Kapital Bank: 4169 7388 9773 6975.