Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batmış azyaşlının cəsədi tapılıb.
Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə bir nəfərin (uşaq) batması barədə ilkin məlumat daxil olub.
Aytac Qasımova
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə bir nəfərin (uşaq) batması barədə ilkin məlumat daxil olub.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.