"Bu gecə "ulduz yağışı" gözlənilir".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Moskva planetariumunun mətbuat xidməti xəbər yayıb.
Qeyd edilib ki, Cənubi delta-Akvarid meteor axını 31 iyul gecəsi pik aktivliyinə çatacaq.
"30-31 iyul gecəsi Dolça bürcündən Cənubi delta-Akvarid meteor axını maksimum fəaliyyətinə çatır", - deyə planetariumdan bildirilib.
Qeyd edilib ki, "ulduz yağışı" 12 iyuldan 23 avqusta qədər müşahidə olunur. Bu astronomik hadisə Cənub yarımkürəsində daha yaxşı görünür. Şimal enliklərində isə aydın havada səmadakı parıltıları izləmək üçün ən yaxşı vaxt səhər saatları olacaq.
Rəylər