Kembric Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, Yerə düşən meteoritlərin tərkibində üzvi proseslərin və həyatın yaranması üçün kifayət qədər sink var.
Oxu.Az xəbər verir ki, bu barədə araşdırma "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.
Komanda Yerdəki uçan elementlərin mənşəyini izləmək üçün asteroidlərdən əldə edilən sinkin kimyəvi izlərindən istifadə edib.
Uçan elementlər nisbətən aşağı temperaturda buxara çevrilən elementlər və ya birləşmələrdir. Bunlara canlı orqanizmlərdə, eləcə də suda rast gəlinən ən çox yayılmış altı maddə daxildir. Meteoritlərdə tapılan sink, planetimizdə uçan maddələrin mənbəyini təyin etmək üçün istifadə edilə bilən xüsusi tərkibə malikdir.
Komanda sinkin Yerə Günəş sisteminin müxtəlif hissələrindən gəldiyini aşkar edib. Təxminən yarısı Yupiterin orbitindən kənardan, qalan hissəsi isə yaxın kosmosdan gəlib.
Alimlərin fikrincə, bu prosesləri başa düşmək sistemimizdən kənarda həyatı axtarmağa kömək edəcək.
Rəylər