"Dini etiqad azadlığı haqqında" Qanuna əsasən, insanları dini ayinləri ibadət evlərindən kənarda keçirməməyə çağırırıq".
Oxu.Az xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov Aşura günü ilə əlaqədar olaraq İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dini ayinlər məscidlərdə və ya onların ərazisi daxilində keçirilsə, daha yaxşı olar.
"Azyaşlı uşaqların Aşura mərasimlərinə gətirilməsi tövsiyə edilmir. Biryaşlı və daha kiçik uşaqları bu yerlərə aparmasınlar. Çünki bu mərasimlər uşaqların psixologiyası üçün məqbul deyil. Eləcə də izdiham içərisində istər uşaqlar, istər də yaşlı insanların səhhətində müəyyən problemlər yaşana bilər. Biz dəfələrlə bu halların şahidi olmuşuq. Bir məscidə 2000-3000 nəfərin toplaşmasına da ehtiyac yoxdur. Aşura mərasimi bütün ibadət evlərində keçirilir".
Könül Cəfərli