Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən gənc xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Operativ xilasetmə əməliyyatı nəticəsində 1995-ci il təvəllüdlü Anar Mahir oğlu Teyyubov dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Həmin görüntüləri təqdim edirik:
Rəylər