Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin doqquzuncu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yer alıb.
Həmin xəbərlərdə artıq yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.
Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb. 16 yaşı tamam olan şəxs hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.
Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.