"Sonuncu monitorinqlər Dağlıq-Şirvan Regional Təhsil İdarəsində aparılıb. Tədrisin təşkilinin dövlət standartlarına uyğun hazırlandığı yoxlanılıb".
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
O bildirib ki, yoxlamalar eyni zamanda işə qəbul müsabiqələrin keçirilməsi, kadrların yerləşdirilməsi qaydalarını əhatə edib:
"Bir sıra müsahibələrin təşkili zamanı təlimati sənədlərin icrasında qayda pozuntularına yol verildiyi aşkar edilib.
Bu nöqsanların nəticəsində idarə rəhbəri tutduğu vəzifədən azad edilib. Bu yoxlamalar ilin sonuna qədər davam edəcək. Yoxlamalar nəticəsində aşkarlanan pozuntuların aradan qaldırılması üçün yerli idarəetmə orqanlarına tapşırıqlar verilib. Qayda pozuntusuna yol verən rəhbər şəxslərin, eləcə də qaydalara zidd şəkildə işə qəbul edilmiş şəxslər barəsində ölçü götürüləcək. Onlarla bağlanmış müddətli əmək müqavilələrindəki şərtlərə yenidən baxılacaq".
Dövlət agentliyinin direktoru: "Yoxlamalar ilin sonunadək davam edəcək"
Könül Cəfərli
Rəylər