Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların aksiz dərəcəsi 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin aksiz dərəcəsi bir ədəd üçün 0.25 manatdan 2 manata qaldırılıb.
Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Rəylər