Rusiyanın Başqırdıstan respulikasında 14 yaşlı yeniyetmənin ağzında elektron siqaret partlayıb.
O, 7 dişini itirib, yanıqlar və üst çənəsindən yara alıb.
Respublikanın səhiyyə naziri Ayrat Raxmatullin "Telegram" kanalında yazıb ki, oğlan çənəsini bərpa etmək üçün bir neçə əməliyyat keçirib.
Həmçinin, yeniyetmə uzunmüddətli reabilitasiyadan keçib.
Nazir qeyd edib ki, həkimlərin səyi nəticəsində görünən xəsarət əlamətləri aradan qaldırılıb.
Mənbə: TASS