1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Əlamətdar gün münasibəti ilə "Global Media Group"un təşkilatçılığı ilə tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə "Azərbaycan Uşaqları" İctimai Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində böyüyən uşaqlar iştirak ediblər.
Uşaqların maraqlı vaxt keçirməsi üçün azyaşlılar arasında əyləncəli oyunlar təşkil edilib, musiqili proqram təqdim olunub.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Əlamətdar gün münasibəti ilə "Global Media Group"un təşkilatçılığı ilə tədbir keçirilib.
Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək olmaq məqsədi ilə təşkil edilən tədbirin sonunda sığınacağın kompüter dərslərində iştirak edən uşaqlar üçün "Global Media Group" tərəfindən 12 ədəd kompüter hədiyyə edilib.
"Global Media Group"un İnsan Resursları Departamentinin rəhbəri Səadət İsmayılova ilk dəfə belə bir tədbirin keçirildiyini vurğulayıb:
"Bu gün uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bununla bağlı şirkətimiz daxilində belə bir layihəyə başladıq. Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək olmağa çalışırıq. İlk tədbirimizdir. 30 uşaq iştirak edir. Davamlı olaraq belə tədbirlər keçirməyi düşünürük".
Qeyd edək ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid