Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.
Kənd sakini 43 yaşlı Xəyal Əsgərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, X.Əsgərov kənd ərazisində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
Rəylər