Göygöl rayon Üçtəpə kəndində ağır yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, toy mərasimindən qayıdan avtomobil karvanında olan nəqliyyat vasitələrindən biri digər avtomobillə toqquşub.
Xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
Tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri - 1998-ci il təvəllüdlü Cavid Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alan şəxslər - 1998-ci il təvəllüdlü Ruslan Rüstəmov və 22 yaşlı Ələkbər Orucovun müalicəsi davam etdirilir.
Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.