Vətən müharibəsində 6 güllə, 8 qəlpə yarası alan qazi Elnur Cəfərov döyüş yolu barədə Baku TV-yə danışıb.
Elnur Cəfərov orta məktəbi bitirdikdən sonra həqiqi-hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdıb və müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.
Vətən müharibəsi başlayanda Xüsusi Təyinatlı Qüvvələrdə bütün çətin tapşırıqların öhdəsindən gələrək istehkamçı kimi böyük şücaət göstərib. Hər kənd azad ediləndə hədsiz dərəcədə sevindiyini deyən qazi Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralandığını bildirib.
"Dağın yamacından 50 metr yuvarlanıb aşağı düşdüm. Döyüş yoldaşım həmin ərazidən məni sürüyüb çıxararaq həyatımı xilas etdi. Sonuncu güllə belimdən aşağını iflic etmişdi", - deyə o söyləyib.
Daha ətraflı videosüjetdə:
Hər kənd azad ediləndə hədsiz sevinirdim - Altı güllə yarası alan qazinin döyüş yolu
Rəylər